Dünya

Yaponiya və Çin razılığa gəldi

12 İyun 2022 17:24
Baxış: 817
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya və Çinin müdafiə nazirləri təhlükəsizlik sahəsində ikitərəfli dialoqun davam etdirilməsi barədə razılaşıblar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə razılaşma Yaponiyanın müdafiə naziri Nobuo Kişi ilə Çinin müdafiə naziri Vey Fenhe arasında Sinqapurda keçirilən görüş zamanı əldə edilib.

Qeyd edilib ki, görüş zamanı Yaponiyanın müdafiə naziri Çinin Şərqi Çin və Cənub Çin dənizlərində hərəkətləri ilə bağlı narahatlığını ifadə edərək, bu ölkəni təmkinli olmağa çağırıb.

Bundan əlavə, N.Kişi Yaponiya sərhədləri yaxınlığında Rusiya və Çinin birgə təlimlərindən narahatlığını da bildirərək, bu təlimləri "Yaponiyaya qarşı yönəlmiş nümayişkaranə hərəkət" adlandırıb.

Yaponiyanın müdafiə naziri, həmçinin bildirib ki, Tayvan boğazında sülhün qorunması regionda sülhün və sabitliyin açarıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.