Dünya

Serbiya Ukraynaya 3 milyon avro göndərəcək

10 İyun 2022 09:05
0 Şərh     Baxış: 671
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Serbiya hökuməti Ukraynadan olan uşaqlar və qaçqınlar üçün ümumi məbləği 3 milyon avro olan maddi humanitar yardım göndərəcək.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Serbiya hökumətinin saytı məlumat yayıb.

Bildirilir ki, ukraynalı uşaqlara kömək üçün 1,5 milyon avro ayrılacaq, vəsait UNICEF vasitəsilə ödəniləcək.

Qaçqınlar üçün nəzərdə tutulan eyni məbləğ isə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının idarəsi vasitəsilə köçürüləcək.

Bundan əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin Ukraynaya müharibə zamanı dağıdılmış şəhərlərin bərpasına kömək etməyə hazır olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.