Dünya

ABŞ yenə Ukraynaya M777 göndərdi

9 İyun 2022 16:15
0 Şərh     Baxış: 982
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Rusiya işğalçılarına qarşı döyüşmək üçün Ukraynaya hərbi yardım paketi çərçivəsində M777 qoşqulu haubitsaların daha bir partiyasını göndərib.

Milli.Az bildirir ki, bu barədə Pentaqon öz Facebook səhifəsində məlumat yayıb.

"ABŞ Dəniz Piyadaları Korpusunun M777 haubitsı ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımı çərçivəsində Kaliforniya ştatının Març Hərbi Hava Qüvvələri bazasında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-17 Globemaster III təyyarəsinə yüklənir", - məkumatda deyilir.

Məlumatda təyyarəyə yüklənən haubitsalardan birinin fotoşəkili də əlavə olunur.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.