Dünya

Rusiyanın mühasirədə saxladığı gəmilərdə azərbaycanlılar da var

9 İyun 2022 10:20
0 Şərh     Baxış: 1 482
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın mühasirəyə alaraq minaladığı limanlardakı gəmilərdə Azərbaycandan olan insanlar da var.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Dəniz Təşkilatının dəniz təhlükəsizliyi üzrə müşaviri Piter Adams bildirib.

Onun sözlərinə görə, hazırda Ukrayna limanlarında göyərtəsində 450-yə yaxın matros olan, təxminən, 80 gəmi mühasirədədir. Göyərtədəki insanların üçdə biri Filippindəndir. Orada Azərbaycan, Türkiyə və Suriyadan da çox sayda insan var.

Ukraynanın Xarici İşlər Nazirliyi bildirib ki, bu ölkənin taxılını dəniz yolu ilə ixrac etməsi üçün Rusiya donanmasını regiondan çıxarmalı və limana, eləcə də kommersiya karvanına hücum etməyəcəyi haqqında təhlükəsizliyə təminat verməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.