ABŞ-Meksika sərhədində narkotik qaçaqmalçıları tərəfindən inşa edilən daha bir tunel tapılıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Meksika Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, 242 metrlik tunel Meksikanın Tijuana şəhəri ilə ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərini əlaqələndirir. Tuneldə dəmiryol xətti, elektrik təchizatı və ventilyasiya sistemi mövcuddur.
Məlumata görə, tunel patrul xidmətinin əməkdaşlarına atəş açan şəxsin təqib edilməsi zamanı tapılıb.
Milli.Az