Dünya

Yunanıstan Almaniyaya görə “BMP-1”lərin Ukraynaya göndərilməsini təxirə salacaq

8 İyun 2022 08:36
0 Şərh     Baxış: 973
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya Yunanıstana "Marder" piyada döyüş maşınının verilməsini gecikdirdiyi üçün Yunanıstan "BMP-1"lərin Ukraynaya göndərilməsini ən azı iki ay sonra həyata keçirəcək.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "Bild" Yunanıstan Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisinə istinadən yazıb.

Rəsmi şəxs bildirib ki, Almaniyadan gələn ilk tankın hazırda "BMP-1"lərin yerləşdiyi Yunanıstan adalarına çatması ən azı iki ay çəkə bilər.

Onun sözlərinə görə, rəsmi Afina hələ də Almaniya tərəfindən "Marder" tanklarını yoxlamaq üçün mövcud olan xüsusi komitənin dəvət ediləcəyini gözləyir. Komitə beş-altı hərbi ekspertdən ibarətdir, onlar tankların vəziyyətini yoxlayacaq və hansının götürüləcəyini müəyyənləşdirəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.