Dünya

“Çətin qış olacaq” - Zelenski

8 İyun 2022 07:40
0 Şərh     Baxış: 1 022
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna ölkədə hasil edilən qaz və kömürün xaricə ixracından imtina edəcək. Bütün yerli istehsal vətəndaşların ehtiyaclarına yönəldiləcək. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətinə deyib.

"Bu gün biz istilik mövsümü üçün kifayət qədər qazın alınması, kömürün yığılması, elektrik enerjisi istehsalı məsələlərini müzakirə etdik. Rusiyanın təcavüzü nəticəsində indi yaşadığımız şəraitdə bu, həqiqətən də, bütün müstəqillik illərində ən çətin qış olacaq", - deyə dövlət başçısı bildirib.

O, həmçinin qeyd edib ki, Ukrayna elektrik enerjisinin ixracı imkanlarını artırmaq üçün hər şeyi edir. Bu gün Ukraynada mövcud olan imkanlarla bunu etmək mümkündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.