Dünya

Rusiya məsuliyyət daşıyır

6 İyun 2022 14:22
0 Şərh     Baxış: 874
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Ukrayna limanlarını bağladığı üçün dünyada taxıl çatışmazlığına görə birbaşa məsuliyyət daşıyır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri AB-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borrell deyib.

Borrell bildirib ki, AB Rusiyanın müharibəni davam etdirmək qabiliyyətinə zərbə vurmaq üçün sanksiyalar tətbiq edib, çünki təcavüzkar müharibə qəbuledilməzdir.

Onun sözlərinə görə, məhdudlaşdırıcı tədbirlər kənd təsərrüfatı məhsullarına və onların daşınmasına təsir göstərmir və buna görə də buğda sanksiyalara məruz qalmır:

"Rusiyanın Ukrayna limanlarının davamlı blokadası milyonlarla ton taxılın ixracını mümkünsüz edir. Rusiya beynəlxalq ticarətdə taxıl qıtlığına görə birbaşa məsuliyyət daşıyır və təcavüzü dayandırmaq əvəzinə, məsuliyyəti beynəlxalq sanksiyaların üzərinə atmağa çalışır. Bu dezinformasiyadır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.