Dünya

Ukrayna bölməsi şəxsi heyətin 90 %-ni itirdi - ŞOK

5 İyun 2022 09:37
1 Şərh     Baxış: 2 022
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna qoşunlarının bəzi bölmələri Severodonetsk uğrunda gedən döyüşlərdə şəxsi heyətinin 90 faizə qədərini itirib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri Mixail Mizintsev deyib.

Mizintsev söyləyib ki, ağır itki verən Ukrayna Silahlı Qüvvələrinin bölmələri Lisiçansk istiqamətində geri çəkilir.

Onun sözlərinə görə, Kiyev hakimiyyəti kimyəvi çirklənmə zonası yaratmaqla Rusiya ordusunun irəliləyişini ləngitmək üçün birləşmiş taktiki qrupa Severodonetskdə yüz ton selitra və turşu olan konteynerləri minalamaq əmri verib.

O vurğulayıb ki, Kiyev Ukrayna və Qərb KİV-lərində materiallar yaymaqla Rusiya Silahlı Qüvvələrini texnogen ekoloji fəlakət yaratmaqda ittiham etməyi planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.