Dünya

Odessaya hava zərbəsi endirilib, yaralananlar var

4 İyun 2022 11:37
0 Şərh     Baxış: 679
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səhər saatlarında Rusiyanın strateji aviasiya təyyarələri Odessa vilayətinin rayonlarından birinə raket zərbəsi endirib.

Milli.Az UNİAN-a istinadən bildirir ki, Rusiya kənd təsərrüfatı müəssisəsini  raketlə vurub, ilkin məlumata görə, iki nəfər yaralanıb. Bu haqda Odessa Vilayət Hərbi Administrasiyasının sözçüsü Sergey Bratçuk bildirib.

"...Rusiya Federasiyasının strateji aviasiya təyyarəsi Odessa vilayətinin rayonlarından birinə qanadlı raket hücumu həyata keçirib..., Kh-59 raketi kənd təsərrüfatı müəssisəsini və müvafiq olaraq oradakı anbarı vurub... İlkin məlumata görə, iki nəfər yaralanıb... yanğın söndürülüb", - o bildirib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.