Dünya

Üzərində gülləkeçirməz jilet olan şəxs saxlanılıb

4 İyun 2022 16:00
0 Şərh     Baxış: 625
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ polisi cümə günü, iyunun 3-də Vaşinqtonda Kapitol binası yaxınlığında avtomobilini park edən şəxsi saxlayıb, onun üzərindən saxta şəxsiyyət vəsiqəsi, pnevmatik tapança, gülləkeçirməz jilet və döyüş sursatları aşkar edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanının saytında məlumat verilir.

ABŞ hüquq-mühafizə orqanlarının məlumatına görə, yerli vaxtla səhər saat 5:00-da növbətçi polis əməkdaşı avtomobilini Kapitolinin yaxınlığında park edən miçiqanlı şəxsə yaxınlaşıb. Həmin şəxs özünü cinayət işi üzrə müstəntiq kimi təqdim edərək, polis əməkdaşlarına üzərində "İnterpol İdarəsi" yazılmış saxta vəsiqə göstərib və hüquq-mühafizə orqanlarının əməkdaşlarına onun avtomobilinə baxış keçirməyə icazə verib.

Həmin şəxsin üzərindən saxta şəxsiyyət vəsiqəsi, pnevmatik tapança, gülləkeçirməz jilet, iri tutumlu silahlar və digər döyüş sursatları aşkar edilib. Saxlanılan şəxsin Nyu-Yorkdan olan təqaüdçü polis Cerom Felipe olduğu ortaya çıxıb. Həmin şəxs qeyri-qanuni olaraq iri tutumlu silahlar və qeydiyyatdan keçməmiş sursat saxlamaqda şübhəli bilinir. Müstəntiqlər Felipenin avtomobilini niyə ABŞ Kapitolunun yaxınlığında saxladığını araşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.