Dünya

Moskvada erməni iş adamı güllələndi - FOTO

3 İyun 2022 07:07
0 Şərh     Baxış: 1 152
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda axtarışda olan şəxs Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində güllələnib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "TASS"-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Hadisə Komsomolski prospekti, 5/2 ünvanında qeydə alınıb. Belə ki, naməlum şəxs bir nəfəri kürəyindən güllələyib. İlkin məlumata görə, ölən şəxs Ermənistanda axtarışda olub.

Rusiya mətbuatına yer alan məlumata görə, öldürülən şəxsin kimliyi müəyyən edilib - bu, konsaltinq firmasının 62 yaşlı sahibi Ohanes Kamaryandır. Qatil əvvəlcə Kamaryanı kürəyindən vurub, sonra isə başından nəzarət atəşi açıb. İş adamı yerindəcə keçinib, onu qətlə yetirən şəxs isə hadisə yerini tərk edib. Hazırda polis qatili axtarır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.