Dünya

Çexiyada qocalar evində güclü yanğın olub, 54 nəfər xəsarət alıb

2 İyun 2022 08:24
0 Şərh     Baxış: 366
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çexiyada qocalar evində güclü yanğın olub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə paytaxt Praqanın Roztoki rayonunda alsqeymer xəstələrinin yerləşdirildiyi qocalar evində naməlum səbəbdən baş verib. Yanğın zamanı binadakı 56 xəstədən 54-ü xəsarət alıb.

Yaralılardan 2-nin səhhətinin ağır olduğu bildirilir. Qocalar evinin damından başlayan yanğın bütün binanı yararsız hala salıb.

"Axşam aldığımız xəbərdən sonra hadisə yerinə gəldik. Saat 20:30-da yanğınsöndürmə briqadası gələnə qədər 56 xəstəni binadan təxliyə etdik. Ümumilikdə 54 nəfər yaralanıb. İki nəfərin vəziyyəti ağır, bir nəfərin vəziyyəti orta-ağırdır. Yaşlılar təcili yardım maşınları ilə ətrafdakı xəstəxanalara çatdırılıb", - Praqanın Fövqəladə Hallar Xidmətinin sözçüsü Monika Novakova deyib.

Praqa Yanğınsöndürmə briqadasının sözçüsü Tereza Sikora Flieqerova isə bildirib ki, xəstələrin təxliyyəsi tamamlanıb, bina istifadəyə yararsızdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.