Dünya

Dünyaca məşhur rejissor dünyanın "dibi"nə endi - VİDEO - FOTO

26 Mart 2012 14:37
0 Şərh     Baxış: 524
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Milli.Az "Agence France-Presse"ə istinadən bildirir ki, beləliklə Kemeron dünya okeanının ən dərin nöqtəsinə təkbaşına enmiş ilk insan oldu.

Kemeron Sakit Okeandakı Marian çökəkliyinin ən dərin nöqtəsi olan "Çellencer uçurumu"na bir nəfərlik "DeepSea Challenge" batiskafında düşüb.
Batiskaf Kemeronun sifarişi ilə Avstraliyada layihələndirilib və hazırlanıb.

Rejissor enişə martın 25-də, Qrinviç vaxtı ilə 21.30-da başlayıb. 1,5 saat sonra "DeepSea Challenge" 10898 metr dərinlikdə Marian çökəkliyinin dibinə çatıb.
Orada süxurlar və canlıların nümunələrini götürən Kemeron 3D kamera ilə çəkilişlər aparıb.
Dünyanın ən dərin yerinə eniş zamanı çəkilmiş kadrlar məşhur kinorejissorun yeni sənədli filminə daxil ediləcək.

İndiyədək dünya okeanının ən dərin məkanında olmuş yeganə insanlar Don Uolş və Jak Pikar idi. Onlar 1960-cı ildə "Triest" batiskafında Marian çökəkliyinin dibinə enmişdilər.

Kemeron "Titanik" filminin çəkilişləri zamanı 12 dəfə okeanın dibinə enmişdi.

Milli.Az







































Fotolar:AP, Reuters, EPA, Thomas Abercomble
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.