Dünya

Bayden Ukraynaya yeni hərbi dəstək paketini açıqlayıb

1 İyun 2022 22:08
0 Şərh     Baxış: 688
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya yeni müdafiə yardımı paketini açıqlayıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə dövlət başçısının Ağ Ev tərəfindən yayılan yazılı bəyanatında deyilir.

"Bu gün mən Ukrayna ordusuna lazımi yardım göstərmək üçün yeni təhlükəsizlik yardımı paketini elan edirəm. Ukrayna üçün əlavə maliyyə vəsaiti Konqresdə iki partiyanın dəstəyi ilə təsdiqlənib. ABŞ Ukraynanı daha çox silahla təchiz edəcək vəziyyətdədir", - ABŞ Prezidenti qeyd edib.

Baydenin sözlərinə görə, növbəti hərbi yardım paketinə qabaqcıl silahlar, o cümlədən HIMARS raket sistemləri daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.