Dünya

Olqa Skabeyeva elan etdi: "Üçüncü dünya müharibəsi başlayıb..."

1 İyun 2022 00:48
0 Şərh     Baxış: 3 205
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kremlin nəzarətində olan "Rossiya-1" telekanalında "60 dəqiqə" verilişinin aparıcısı Olqa Skabeyeva üçüncü dünya müharibəsinin başladığını deyib.

Milli.Az Sfera.az-a istinadən bildirir ki, aparıcı Qərbin Ukraynaya silah verməsini qlobal münaqişə adlandırıb:

"Bəlkə Ukraynada Xüsusi Hərbi Əməliyyatın başa çatdığını qəbul etməyin vaxtı çatıb. Çünki əsl müharibə, 3-cü dünya müharibəsi başlayıb".

Britaniya mətbuatının "Putinin kuklası" adlandırdığı Skabeyevanın Kremlin razılığı olmadan bu açıqlamanı verə bilməyəcəyi bildirilir.

Daha əvvəl canlı yayımda Moskvanın nüvə hücumu xəritəsini yayımlayan rusiyalı jurnalistlər belə bir vəziyyətdə London, Paris və Berlinin xəritəsinin 202 saniyə ərzində silinəcəyini açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.