Dünya

“Qarabağ Azərbaycan deyil” deyə bilmərəm - Simonyan

31 May 2022 19:45
0 Şərh     Baxış: 1 477
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan parlamentinin spikeri Alen Simonyan erməni hökumətinin Qarabağı Azərbaycanın bir hissəsi kimi görmədiyini deməkdən imtina edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

"Mən belə bir şeyi deyə bilmərəm, çünki danışıqlar prosesi gedir. Bu bəyanatla mən həm danışıqlardakı erməni tərəfini, həm də bütün danışıqlar prosesini fakt qarşısında qoymuş olaram", - Simonyan bildirib.

İyunun 3-də erməni müxalifəti parlamentin növbədənkənar iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. İrəvan müxalifəti bildirir ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etməyəcək. Paşinyanın Mülki Müqavilə Partiyası artıq bu iclasda iştirak etməyəcəyini bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.