Dünya

Bu ölkədə meymunçiçəyi xəstəliyindən ilk ölüm faktı qeydə alınıb

30 May 2022 23:00
0 Şərh     Baxış: 1 456
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cari ilin may ayında Nigeriyada ən azı bir nəfər meymunçiçəyi xəstəliyindən ölüb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın "The Guardian" qəzeti Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinə (NCDC) istinadən xəbər verib.

Mərkəzin hesabatında deyilir ki, may ayı ərzində Nigeriyada altı nəfərin meymunçiçəyi xəstəliyinə yolxuması qeydə alınıb və bir nəfər ölüb. Nigeriyada meymunçiçəyi xəstəliyinə yoluxma riskinin yüksək olaraq qaldığı vurğulanır.

Son iki ildə Konqo Demokratik Respublikası, Kamerun, Nigeriya və Mərkəzi Afrika Respublikasında meymunçiçəyi epidemiyası qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.