Dünya

Ukrayna komandası "Avroviziya" mükafatını satdı

30 May 2022 09:22
0 Şərh     Baxış: 1 965
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın "Kaluş Orkestra" qrupu "Avroviziya - 2022" musiqi yarışmasında qalibiyyət nəticəsində əldə etdiyi mükafatı - kristal mikrofonu auksionda satıb.

Milli.Az kult.az-a istinadən xəbər verir ki, bu barədə qrupun İnstaqram səhifəsində məlumat yayılıb.

25 may tarixində auksion elan edilib, gərgin mübarizə səbəbindən final 28-dən 29 maya keçirilib.

İlk rəqəmi "Kaluş" sahibləri səsləndirib. Onlar 28 min dollar təkliflə çıxış ediblər. Lakin 29 mayda canlı efir zamanı təklif edilən qiymət 45 mindən 900 min dollara qədər qalxıb.

Komanda hərraca görə iştirakçılara təşəkkür edib.

Əldə edilən gəlir Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına sərf ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.