Dünya

Ərdoğanın danışıqlar dəvətinə Ukrayna da cavab verdi

29 May 2022 23:25
0 Şərh     Baxış: 1 685
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı və rusiyalı həmkarları Volodimir Zelenski və Vladimir Putini birgə tele-konfransa dəvət etdikdən sonra Ukrayna ilkin razılığını verib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib ki, Ukrayna tərəfi Putinin buna razılıq verəcəyi təqdirdə belə bir danışıqlar formatını nəzərdən keçirməyə hazırdır.

"Bu nə dərəcədə doğrudur, onu deyə bilmərəm - bu razılaşmalar Türkiyə və Rusiya prezidenti arasında olub. O ki qaldı Ukrayna Prezidenti Aparatının mövqeyinə, Rusiya prezidenti razılıq versə, biz də bu təklifə baxacağıq", - Nikiforov bildirib.

Hələlik Putinin mətbuat katibi Dmitri Peskov Putinlə Ərdoğanın ikitərəfli söhbətini təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.