Dünya

NATO müdafiə nazirlərinin görüşü olacaq

28 May 2022 08:18
0 Şərh     Baxış: 473
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyunun 15-16-da Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü keçiriləcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə bu barədə Şimali Atlantika Alyansının yaydığı bəyanatda deyilir.

Bildirilir ki, Ukrayna, Gürcüstan, Finlandiya və İsveç nümayəndələrinin iştirak edəcəyi görüş mətbuata qapılı olacaq.

Ayrıca, iyunun 15-də qərargahda ABŞ-ın təşkilatçılığı ilə Ukrayna üzrə təmas qrupunun görüşü keçiriləcək.

Alyansın müdafiə nazirlərinin qarşıdan gələn iclasında Ukraynaya hərbi təchizatın koordinasiyası üzrə gələcək səylər müzakirə olunacaq, müharibənin gedişi qiymətləndiriləcək və NATO ölkələrinin Avropadakı təhlükəsizlik vəziyyəti nəzərdən keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.