Dünya

“Bu silahlar döyüşlərin xarakterini dəyişdirə bilər” - Zelenski

27 May 2022 07:50
0 Şərh     Baxış: 798
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukraynanın ehtiyac duyduğu silahların tədarükü döyüşlərin xarakterini dəyişdirə və rusların Ukrayna ərazisindən çıxarılmasını sürətləndirə bilər".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.

"Neçə vaxtdır ki, bunun üçün mübarizə aparırıq. Bu aqressiyanı dayandırmaq üçün bütün silahlara, o cümlədən MLRS-lə (birdən çox reaktiv yaylım atəşi sistemləri - red.) ehtiyacımız var. Əminik ki, səylərimiz sayəsində hələ də səsimiz eşidiləcək" - Zelenski qeyd edib.

Zelenski həmçinin qeyd edib ki, Qərb tərəfdaşlarının əvvəllər buna son qoymaq və "İndi Rusiya həqiqətən də Ukraynaya, Avropa Birliyinə və azadlığa qarşı etdiklərinin tam qiymətini hiss edəcək" demək üçün çox imkanları olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.