Dünya

Putin: “Rusiya sanksiyalara görə, müəyyən mənada güclənir”

26 May 2022 19:30
0 Şərh     Baxış: 1 036
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avrasiya İqtisadi Birliyi ölkələrinin qarşılıqlı ticarətində milli valyutalarla hesablaşmaların payı 75%-ə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi Forumunda çıxışında bildirib.

"Biz milli ödəniş sistemlərinin və bank kartlarının uyğunlaşdırılması və qarşılıqlı istifadəsi üzərində işi davam etdirəcəyik", - deyə Rusiya prezidenti vurğulayıb.

Vladimir Putin həmçinin qeyd edib ki, Rusiya qlobal iqtisadi arenadan çıxmaq fikrində deyil və sanksiyalar hamıya təsir edir, inkişaf etmiş ölkələrdə 40 ildir ki, belə inflyasiya olmayıb. O bildirib ki, Rusiya sanksiyalara görə, müəyyən mənada güclənir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.