Dünya

Ukraynada müharibədə indiyədək 240 uşaq həlak olub

26 May 2022 13:37
0 Şərh     Baxış: 750
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Ukraynaya hücumu nəticəsində fevralın 24-dən bu günə qədər 240 uşaq həlak olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Baş Prokurorluğu "Telegram" kanalında məlumat yayıb.

Bildirilib ki, davam edən müharibədə indiyədək 436 uşaq yaralanıb.

Baş Prokurorluğun məlumatına görə, ən çox itkilər Kiyev, Xarkov, Donetsk, Çerniqov, Nikolayev, Luqansk, Zaporojiye, Jitomir, Xerson və Sumidə qeydə alınıb.

"Rusiya qüvvələrinin hava və artileriya zərbələri nəticəsində 1883 təhsil müəssisəsi zərər görüb, onlardan 178-i tamamilə dağıdılıb", məlumatda qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.