Dünya

Britaniyada meymunçiçəyinə yoluxma sayı 78-ə çatıb

26 May 2022 08:38
0 Şərh     Baxış: 504
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada meymunçiçəyinə yoluxma sayı 78-ə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi elan edib.

Belə ki, bir gündə daha 7 nəfərdə xəstəlik aşkar edilib.

Aprel və may aylarında Qərbi Avropanın bir sıra ölkələrində yayılan meymunçiçəyi virusu digər qitələrdə də aşkarlanıb. Böyük Britaniyadan başqa, son yoluxma halları Avstraliya, Belçika, Almaniya, İspaniya, İtaliya, Kanada, Portuqaliya, ABŞ, Fransa, İsveçrə və İsveçdə də qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, meymunçiçəyi epidemiyaları üçün ölüm nisbəti adətən 1% ilə 10% arasındadır, ölümlərin əksəriyyəti gənc yaş qruplarında baş verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.