Dünya

"Ukraynanı Avropa İttifaqında görmək istəmirlər"

24 May 2022 14:21
0 Şərh     Baxış: 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda Ukraynanın Avropa İttifaqına qəbulu üçün heç bir perspektiv yoxdur, yalnız Polşa Ukraynanın qərb bölgələri müqabilində bunu müzakirə etməyə hazırdır.

Milli.Az TASS-a istinadən xəbər verir ki, bu fikri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (TŞ) sədr müavini Dmitri Medvedev Ukrayna böhranının həlli ilə bağlı İtaliya layihəsi ilə bağlı mətbuatda yayılan məlumatları şərh edərkən bildirib.

"Kiyev nə qədər Avropa idilliyaya düşmək xəyalları ilə əylənsə də, NATO üzvlüyü olmadan onun heç bir şansı yoxdur. İndi heç kim Ukraynanı NATO-da gözləmir. Avropa İttifaqında da görmək istəmirlər, bu, çox baha başa gəlir və təhlükəlidir. Ona görə də onlar surroqat təklif edirlər", - Medvedev teleqram kanalında yazıb.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.