Dünya

Ukraynada müharibədə ölən uşaqların sayı 234-ə çatıb

24 May 2022 11:37
0 Şərh     Baxış: 788
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 234 uşaq ölüb, 433 uşaq güllə və qəlpə yarası alıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

Ukrayna ərazisinin Rusiya tərəfindən bombardman olunması nəticəsində 1848 təhsil müəssisəsinə ziyan dəyib, 173-ü tamamilə dağılıb.

Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Qeyd edək ki, Rusiya bu il fevralın 24-də Ukraynaya hərbi müdaxilə edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.