Dünya

"Bir çox məsələ Ukraynanın özündən asılıdır"

23 May 2022 07:28
0 Şərh     Baxış: 752
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ukraynanın Avropa İttifaqına daxil olma vaxtı ilə bağlı açıqlama verib.

Milli.Az APA-ya istinadən bildirir ki, siyasətçi Almaniyanın ZDF telekanalına müsahibəsində bildrib ki, Ukraynanın İttifaqa daxil olması ölkənin münaqişədən nə qədər tez çıxa biləcəyindən və lazımi islahatları həyata keçirməsindən asılı olacaq.

"Üzvlüyə namizəd olmaq üçün bir az vaxt lazımdır. Avropa İttifaqına qoşulma proseduru həm də qoşulan ölkələrin necə davranmasından çox asılıdır. Vurğulamaq istərdim ki, bir çox məsələ Ukraynanın özündən asılıdır" , - deyə Lyayen bildirib.

O, Kiyevə edilən maliyyə yardımının ölkənin bərpası ilə yanaşı, islahatlara da sərf olunmasını təklif edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.