Dünya

İdman zalında qorxunc hadisə: Ştanq qaldıran kişinin başından qantellə vurdu - VİDEO

20 May 2022 17:52
0 Şərh     Baxış: 1 785
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə idman zalında baş verən qorxunc olayın görüntüləri yayılıb. Belə ki, müştərilərdən biri ştanq qaldıran 46 yaşlı Qari Ridin başına qantellə vurur.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Kadrlar Taylandda idman zalında qeydə alınıb. Maraqlıdır ki, vuran da, vurulan da britaniyalı olub.

Məlumata görə, hücum edən şəxs ştanqla məşğul olmaq istəyib, Rid isə kompleksi başa çatdırmaq istədiyini deyib. Bundan qəzəblənən kişi qantellə onun başından vurub.

Xəstəxanada Ridin başına 60 tikiş qoyulub. Həkimin sözlərinə görə, onun sağ göz yuvası sınıb və retinal qanaxma olub.

Hücum edən şəxs qaçıb, polis onun axtarışlarına başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.