Dünya

ÜST: 22 ölkədə naməlum mənşəli hepatit aşkarlanıb

18 May 2022 08:16
0 Şərh     Baxış: 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyirmi iki ölkədə indiyədək uşaqlarda mənşəyi məlum olmayan 250-yə yaxın hepatit qeydə alınıb.

Milli.Az "report"a istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Filippa İsterbruk deyib.

"Mənşəyi məlum olmayan hepatitlərin aşkar olunduğu ölkələrin əksəriyyəti Avropa regionundadır. Bir sıra hallar da təsdiqini gözləyir".

İsterbruk bildirib ki, altı uşaq bu hepatitdən ölüb və 26 uşaq qaraciyər transplantasiyasına ehtiyac duyur.

Ekspertin sözlərinə görə, ÜST xəstəliyin səbəblərini öyrənməyə davam edir və bu məsələdə müxtəlif ölkələrlə fəal əməkdaşlıq edir.

Mütəxəssislər koronavirusa qarşı peyvəndlə əlaqəni müəyyən etməyiblər və əsas fərziyyələr adenovirus və koronavirusla bağlıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.