Dünya

İsrail “Hizbullah”ın PUA-sını vurub

17 May 2022 15:00
0 Şərh     Baxış: 767
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail Ordusu "Hizbullah"ın pilotsuz uçuş aparatını zərərsizləşdirib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu İsrail Ordusu tviterdə açıqlayıb.

"İsrail ordusu Livandan İsrailin hava məkanına daxil olan "Hizbullah" terror təşkilatına məxsus uçuş aparatını aşkar edərək vurub", - İsrail Ordusu bildirib.

Qeyd edək ki, Livanın İran dəstəkli hərbiləşmiş təşkilatı və siyasi partiyası "Hizbullah" dünyanın bir sıra ölkəsində terror təşkilatı kimi tanınır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.