Dünya

"Bu hadisə Rusiyaya qarşı yönəlməyib"

15 May 2022 22:28
0 Şərh     Baxış: 1 129
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveç Sosial-Demokrat Partiyasının NATO-ya daxil olmaq qərarı Rusiyaya qarşı yönəlməyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İsveçin baş naziri Maqdalena Andersson mətbuat konfransında bildirib.

"Biz hesab edirik ki, Alyansa üzvlük İsveç üçün yaxşı nəticələr verəcək. Bu hadisə Rusiyaya qarşı yönəlməyib", - deyə Maqdalena Andersson bildirib.

Qeyd edək ki, İsveç hakim Sosial-Demokrat Partiyasının rəsmi olaraq NATO-ya üzvlüyə qəbul üçün müraciəti barədə qərar qəbul edib.

Xarici işlər naziri Ann Lindenin sözlərinə görə, bu addıma səbəb Rusiyanın Ukraynadakı hərbi əməliyyatı olub.

Bildirilir ki, bu əməliyyat İsveçdə və bütövlükdə Avropada təhlükəsizliyi pisləşdirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.