Dünya

Məxfi xəritə, “zirehli” notbuk və kələm şorbası: Ukraynada müharibə sərgisi açılıb - FOTO

10 May 2022 15:36
0 Şərh     Baxış: 580

Kiyevdə əsasən hərbi qənimətlərdən və müharibənin digər "yadigarlarından" ibarət sərgi açılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, eksponatlarla Ukrayna Milli Tarixi Muzeyində tanış olmaq olar.

Sərgidə Ukrayna Silahlı Qüvvələrinin qənimətlərilə yanaşı, həm də yerli sakinlərin gizləndikləri sığınacaqların rekonstruksiyasını da görmək mümkündür.

Təqdim olunan nümunələr arasında Rusiya hərbçilərinin çəkmələri və geyimləri, onların qidaları - məsələn, şüşə qablarda kələm şorbası da var.

Həmçinin, burada Rusiya hərbçilərinin sənədləri, vərəqələri, üzərində paytaxtın bir hissəsini tutmaq planı olan xəritə, rusiyalı hərbçinin gülləkeçirməz jiletində gizlətdiyi noutbuku və müxtəlif sursatların qalıqları da var.

Ekspozisiyalardan biri də Qostomeldəki mülki şəxslərin sığınacağının reproduksiyasıdır.

Sərgidə həmçinin dağıdılmış kilsənin günbəzi və ikonası da nümayiş olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics