Dünya

Telegraph: “OPEC neft hasilatını artırmaqla Qərbə kömək etmək fikrində deyil”

8 May 2022 11:07
0 Şərh     Baxış: 617
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

OPEC Qərbin Rusiyaya qarşı sanksiyaları fonunda enerji qiymətlərindəki artımı cilovlamaq üçün neft hasilatını artırmaq niyyətində deyil.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Daily Telegraph" qəzeti sənayedəki mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, aparıcı rollardan birinin Səudiyyə Ərəbistanının oynadığı qurumun hərəkətləri göstərir ki, OPEC ölkələri ABŞ-ın israrlı tələblərinə baxmayaraq, neft hasilatını artırmaqla özlərinə iqtisadi ziyan vurmaq istəmirlər, çünki bu addım xammalın maya dəyərinin aşağı düşməsinə səbəb olardı.

Eyni zamanda, neftin qiymətinin daha da artması halında dünya iqtisadiyyatında tənəzzül qaçılmaz ola bilər ki, bu da "qara qızıl" hasil edən ölkələr üçün sərfəli olmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.