Dünya

Lavrov: “Qərb Rusiya və ruslara qarşı “təbliğat müharibəsi” başladıb”

6 May 2022 17:42
2 Şərh     Baxış: 932
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qərb Rusiyaya və ruslara qarşı "təbliğat müharibəsi" açmağa çalışır.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qələbə Günü münasibətilə XİN-də xatirə lövhəsi önünə gülqoyma mərasimi zamanı deyib.

"Təbii ki, biz tarixin dərslərini həmişə xatırlamalıyıq. Üstəlik, tariximizin bu şanlı səhifələrini indi Qərbdə qoparmağa, bütün görülən işlərin üstündən xətt çəkməyə, nasizmə qalib gələnləri cinayətkarlarla eyniləşdirməyə, bizi bu müharibənin əsas günahkarlarına çevirməyə və müasir Avropada nasizmin təzahürlərini təşviq etməyə çalışırlar", - deyə Rusiya XİN başçısı bildirib.

Onun sözlərinə görə, Rusiyaya və ruslara qarşı "təbliğat müharibəsi" başlanıb ki, bu da irqçilik və ayrı-seçkiliyin təzahürüdür, hansı ki, indi absurdluq həddinə çatdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.