Dünya

"Rusiyanın planı çox mürəkkəbdir" - General

6 May 2022 11:40
0 Şərh     Baxış: 1 030
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az bildirir ki, ABŞ ordusunun baş qərargah rəisi general Ceyms Makkonvil ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində dinləmələr zamanı deyib ki, Rusiya Ukraynada hərbi planını həyata keçirməyə qadir deyildi.

"Rusiyanın planı çox mürəkkəbdir. Belə bir plan üçün çox təlim keçmiş və nizam-intizamlı əsgərlər lazımdır. Onların belə qabiliyyətləri yox idi. Onların təlim keçmiş əsgərləri yox idi", - "Amerikanın Səsi" Makkonvildən sitat gətirir.

Onun sözlərinə görə, belə bir hərbi planı həyata keçirmək üçün Rusiyaya xeyli yaxşı logistika sistemi lazım idi. "Ola bilsin ki, ukraynalıların ruslardakı kimi qabiliyyətləri yoxdur, amma ukraynalıların iradəsi var. Siz vahid komanda quranda bu vacibdir. Bu, başqa yerlərdə gördüyümüzdən fərqlidir", - Makkonvil bildirib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.