Dünya

Ermənistanda aksiyada 1 nəfər ölüb, 180 nəfər saxlanılıb

5 May 2022 19:42
1 Şərh     Baxış: 909
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Polis Ermənistanın paytaxtı İrəvanda keçirilən aksiyalarda 180 nəfəri saxlayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Müqavimət" Hərəkatının liderlərindən biri İşxan Sağatelyan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, saxlanılan şəxslərdən 40-ı İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.

Bundan başqa, Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiya iştirakçılarından biri vəfat edib. O, paytaxtdakı Fransa meydanında qurulan çadırda gecələyirmiş.

İrəvan Dövlət Tibb Universitetinin Aparat rəhbəri Şuşan Danielyan piket iştirakçısının ürəktutmasından öldüyünü açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.