"Son gün ərzində Lvov vilayəti üç dəfə raket hücumu ilə üzləşib. Hava hücumundan müdafiə sistemi Rusiya raketlərinin öhdəsindən gəlib".
Milli.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksim Kozitski bildirib.
Onun sözlərinə görə, iki halda Qara dənizdən raket zərbəsi təhlükəsi yaranıb. Üçüncüsü - Rusiyanın cənub-şərqdən strateji aviasiyasından.
"Lvov vilayətinin səmasını və sülhü qoruyan hava hücumundan müdafiə döyüşçülərimizə təşəkkür edirəm", - Kozitski vurğulayıb.
Aslan Məmmədov
Milli.Az