Dünya

Rusiya Ukraynanın beş artilleriya batareyasını məhv edib

4 May 2022 22:44
2 Şərh     Baxış: 1 088
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya aviasiyası gün ərzində Ukrayna qoşunlarının canlı qüvvəsinin cəmləşdiyi 97 əraziyə zərbə endirib.

Milli.Az "report"-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, gün ərzində beş artilleriya batareyası, Mirnaya Dolina ərazilərində üç sursat anbarı, eləcə də Popasnaya qəsəbəsi ərazisində ABŞ istehsalı olan əks batareya radarı Rusiya Aerokosmik Qüvvələrinin yüksək dəqiqlikli hava bazalı raketləri ilə məhv edilib.

Bundan əlavə, Konaşenkov qeyd edib ki, Rusiya Aerokosmik Qüvvələrinin əməliyyat-taktiki və ordu aviasiyası canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 77 ərazini vurub. Nəticədə 310 ukraynalı hərbçi ölüb və 36 ədəd hərbi texnika məhv edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.