Dünya

Şoyqu: “Mariupol Rusiya Ordusunun nəzarəti altındadır”

4 May 2022 14:30
0 Şərh     Baxış: 1 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Ordusu Mariupola nəzarət edir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bu gün keçirdiyi müşavirədə deyib.

Onun sözlərinə görə, Luqansk və Donetskdə dinc həyat bərqərar olur: "Luqansk və Donetsk Respublikalarında və millətçilərdən azad edilmiş Ukrayna ərazilərində, o cümlədən Azov dənizinin ən böyük sənaye və nəqliyyat qovşağı olan Mariupolda dinc həyat bərqərar olur. Mariupol Rusiya Ordusunun nəzarəti altındadır", - Rusiya müdafiə naziri bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.