Dünya

Putin sanksiyalara qarşı yeni cavab fərmanı imzalayıb

3 May 2022 14:24
0 Şərh     Baxış: 1 483
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin bir sıra xarici dövlətlərin qeyri-dost hərəkətləri ilə əlaqədar cavab iqtisadi tədbirlər haqqında fərman imzalayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Putin hökumətə 10 gün ərzində cavab sanksiyalarına məruz qalan şəxslərin siyahısını müəyyən etməyi tapşırıb.

Sənəd Rusiya Federasiyasının cavab sanksiyalarına məruz qalmış xarici fiziki və hüquqi şəxslər qarşısında əməliyyatlar aparmağı və öhdəlikləri yerinə yetirməyi qadağan edir.

Fərman həmçinin Rusiyada sanksiyalar altında olan şəxslərin xeyrinə Rusiyadan xammal və məhsulların ixracını qadağan edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.