Dünya

Ermənistanda kütləvi iğtişaşlar barədə xəbərdarlıq edilib

30 Aprel 2022 15:31
0 Şərh     Baxış: 1 538
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Müxalifət partiyalarının etiraz aksiyaları fonunda ölkədə kütləvi iğtişaşların baş verməsi təhlükəsi var".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) mətbuat xidməti açıqlayıb. 

"MTX məlumat verir ki, hazırda Ermənistanda kütləvi iğtişaşların təşkili və keçirilməsi ilə bağlı real təhlükə mövcuddur. Bununla əlaqədar olaraq, vətəndaşları mümkün təxribatlara uymamağa, yüksək vətəndaşlıq məsuliyyəti nümayiş etdirməyə, nifrət və düşmənçiliyin qızışdırılması, həmçinin zorakılığa təhrik kimi yolverilməz hərəkətlərdən çəkinməyə çağırırıq", - bəyanatda qeyd olunub.

Xatırladaq ki, aprelin 25-dən etibarən Ermənistanda müxalifətin genişmiqyaslı etiraz aksiyaları keçirilir. Nümayişlərdə ölkənin ikinci prezidenti olmuş Robert Koçaryanın "Ermənistan" blokunun, Respublikaçılar Partiyasının və Artur Vanesyanın "Şərəfim var"parlament blokunun tərəfdarları iştirak edirlər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.