Dünya

Rusiya Ukrayna ilə ekspert qrupları səviyyəsində təmasları davam etdirir

26 Aprel 2022 17:30
0 Şərh     Baxış: 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya və Ukrayna ekspert qrupları səviyyəsində videobağlantı vasitəsilə danışıqları davam etdirir, Moskva nəticə əldə edəcəyinə ümid edir.

Milli.Az TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

"Əlaqələr ekspert qrupları səviyyəsində davam edir. Ümid edirik ki, gec-tez onlar xüsusi hərbi əməliyyatın başlanğıcında göstərdiyi nəticələrə gətirib çıxaracaq", - yüksək rütbəli diplomat bildirib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.