Dünya

Zaporojye atom elektrik stansiyası üzərində TƏHLÜKƏ

26 Aprel 2022 11:06
0 Şərh     Baxış: 1 048
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aprelin 26-da rus qoşunları Zaporojye atom elektrik stansiyasının (AES) kritik təhlükəli yaxınlığında iki raket uçurdublar.

Milli.Az bildirir ki, bu barədə Energoatom-un mətbuat xidməti məlumat yayıb.

"Böyük miqdarda nüvə materialı olan 7 nüvə qurğusunun yerləşdiyi Zaporojye AES sahəsi üzərində bilavasitə aşağı hündürlükdə raketlərin uçuşu böyük risklər yaradır. Axı raketlər bir və ya bir neçə nüvə qurğusunu vura bilər ki, bu da nüvə və radiasiya fəlakəti ilə bütün dünyanı təhdid edir", - Enerqoatom-un rəhbəri Petr Kotin deyib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.