Dünya

Arestoviç: Düşmən uğur əldə edə bilmir!

25 Aprel 2022 12:54
0 Şərh     Baxış: 1 116
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Düşmən Luqansk vilayətinə hücum edir, Donetsk vilayətində irəliləməyə çalışır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

Arestoviçin sözlərinə görə, rus ordusunun əsas məqsədi Xarkov vilayətinin İzyum şəhərindən uzaqlaşaraq Donetsk vilayətinin Slavyansk və Kramatorsk şəhərlərinə getməkdir:

"Onlar Luqansk vilayətinə hücum etməyə davam edir. Ruslar Popasnaya, Rubijne və Severodonetsk şəhərləri ərazisində hücum aksiyaları keçirməyə çalışır, lakin heç bir uğur əldə edə bilmir".

O, həmçinin Mariupolda ukraynalı müdafiəçilərin son dərəcə çətin vəziyyətdə olduğunu xatırladıb:

"Mülki əhalinin və hərbçilərin yerləşdiyi "Azovstal" zavoduna ağır bombalar atırlar, onu artilleriyadan atəşə tutur və hücum üçün qüvvə və texnika cəmləşdirirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.