Dünya

Əsirlikdən gələn Hüseyn: "Çeçenlər məni işgəncə otağına apardılar"

23 Aprel 2022 10:36
Baxış: 2 141
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

20 yaşlı azərbaycanlı tələbə Hüseyn Abdullayev Ukraynada müharibə başlayanda Mariupol Universitetində təhsil alırdı.

Müharibə başlayandan sonra Hüseyn Abdullayev Mariupolu tərk edib, yol boyu bir neçə Rusiya postunu keçib, amma axırıncı postda onları dayandırıblar.

Hüseyn Abdullayev saxlanıldıqdan sonra həbsxanaya aparılıb. Hüseyn deyir ki, onu ruslara qarşı döyüşmüş hərbçi sayıblar. Heç cür inandıra bilmirmiş ki, o, sadəcə, tələbədir.

25 gün əsirlikdə qalan Hüseyin işgəncələrlə üzləşdiyini iddia edir.

Milli.Az xəbər verir ki, BBC müharibə dövründə bu iddiaları yoxlaya bilmir. Rusiya rəsmiləri Ukraynada dinc insanlara qarşı zorakı davranışlar göstərilməsini təkzib edir.

Hüseyn deyir ki, dostları rus ordusundakı çeçen hərbçilərlə əlaqə saxlayıblar və onu xilas edə biliblər.

Əsirlikdən sonra Hüseyn Zaparojye şəhərində xəstəxanada müalicə alıb.

Onun sözlərinə görə, Zaparojyedən təxliyəsinə Azərbaycanın Ukraynadakı səfirliyi kömək edib.

Bakıya gələn Hüseyn dərhal doğulduğu Neftçalaya, ailəsinin yanına gəlib.

Ukraynanın Mariipol şəhərində ekologiya üzrə oxuyan Hüseyn təhsilini Azərbaycanda davam etdirmək niyyətindədir.

Videonu BBC üçün Əminə Məmmədova çəkib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.