Dünya

Avropada qazın qiyməti 1 100 dolları ötüb

22 Aprel 2022 13:42
0 Şərh     Baxış: 1 065
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 100 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.

Milli.Az APA-ya istinadən bildirir ki, 21 aprel tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) may fyuçerslərinin qiyməti 1 110 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 5,45% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.