Dünya

Ukrayna Rusiya tanklarını "ovlayır"

22 Aprel 2022 18:42
0 Şərh     Baxış: 883
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pentaqonun hesablamalarına görə, Ukrayna Rusiya ilə müqayisədə daha çox fəaliyyətdə olan tanka sahibdir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Vaşinqton Post"a yüksək çinli amerikalı hərbçi deyib.

Hərbçinin sözlərinə görə, təkcə tankların müqayisəsi hansı tərəfin üstün olduğunu müəyyən edən amil deyil. Çünki Rusiya əsas diqqətini Donbasın şərqinə və Mariupolun mühasirəsinə kökləyib.

Bildirilib ki, Ukraynanın tank-zirehli texnika varlığı yerüstü döyüşlərdə böyük üstünlük vasitəsidir.

Hərbçinin sözlərinə görə, Ukrayna Rusiya zirehli texnikasının bir hissəsini sıradan çıxarıb, bir qismi də yararsız vəziyyətə düşdükdən sonra istifadəsiz qalıb və bütün bunlar Rusiyanın Ukrayna müqavimətinə hazır olmadığını göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.