Dünya

Bu ölkədə avro çökəcək?

22 Aprel 2022 14:00
0 Şərh     Baxış: 1 067
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Birliyi tezliklə avronu məhv edə biləcək uzunmüddətli inflyasiya ilə üzləşəcək. Bunu "Deutsche Wirtschafts Nachrichten"ə müsahibəsində "Deutsche Bank"ın keçmiş baş iqtisadçısı Tomas Mayer deyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "eyni zamanda əsginasları çap etməyə davam edən Avropa Mərkəzi Bankı bir çox cəhətdən vəziyyətə təsir göstərə bilmir, bəlkə də təsir göstərmək istəyində deyil", - deyə iqtisadçı qeyd edib.

"Axı o, əsas faiz dərəcəsini inflyasiya dalğasının qarşısını almaq üçün lazım olan səviyyəyə qaldırarsa, bu, dövlət borcunun ÜDM-nin 150%-ni keçdiyi İtaliya kimi ölkələrin müflisləşməsinə və avrodan çıxmasına səbəb olacaq", - deyə ekspert vurğulayıb.

Mayer qeyd edib ki, inflyasiyanın təkcə iqtisadi deyil, həm də ciddi siyasi və sosial nəticələri ola bilər. Almaniyalı iqtisadçı ötən əsrin 20-ci illərinin əvvəllərində Almaniyada hiperinflyasiya ilə bağlı vəziyyəti buna nümunə kimi göstərib.

"Bu, milli sosialistlərin hakimiyyətə gəlməsinə töhfə verdi", - deyə Mayer xatırladıb.

O, vətəndaşların rəsmi pullara əvəzləyici axtaracaqlarını istisna etmir. İqtisadçı eyni zamanda Avropa valyutasının da çökəcəyini düşünür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.