Rusiya saat 13:00 radələrində Zaporojyeyə iki raket zərbəsi endirib.
Milli.Az bildirir ki, bu barədə Zaporojye Regional Hərbi Administrasiyasının sədri Aleksandr Starux Telegram-da məlumat verib.
"Təxminən 30 dəqiqə əvvəl Zaporojyedə 2 raketin atılması qeydə alınıb. İtki yoxdur. Təfərrüatlar daha sonra veriləcək", - o yazıb.
Starux şəhər sakinlərini şəkil çəkməməyə və raketlərin vurulduğu yer barədə məlumat yaymamağa çağırıb.
Eyni zamanda, "Ukrzaliznitsia" partlayışın dəqiq harada baş verdiyini açıqlamadan Zaporojye-Lvov qatarının partlayış dalğası nəticəsində zədələndiyini bildirib.
"Zaporojye-Lvov 119/120 nömrəli qatarın dörd vaqonunun şüşələri partlayış dalğası və dağıntılar nəticəsində dağılıb. Tələfat yoxdur, qatar hərəkət edir, biz səbrlə Krivoy Roq boyunca şüşələri dəyişəcəyik", - məlumatda deyilir.
Onlar həmçinin xatırladıblar ki, sərnişinlər marşrutun keçdiyi bölgədə həyəcan siqnalı yaranarsa, pəncərələri bağlamalı və birbaşa pəncərələrlə üzbəüz olmamalıdırlar.
Aslan Məmmədov
Milli.Az